Ötən ay Azərbaycanda pul bazası azalıb

15:14 - 1.02.2022


1 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar ayında Azərbaycanda pul bazası 3 milyard 893,4 milyon manat (21,71%) azalıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə pul bazası 14 milyard 44,2 milyon manat təşkil edib.

Bu isə pul bazasının dekabrla müqayisədə azalması deməkdir. Belə ki, dekabrda pul bazası 3 milyard 658,5 milyon manat artaraq 17 milyard 937,6 milyon manata yüksəlmişdi.

Yanvarın sonunda pul bazası 2021-ci ilin noyabr ayının sonundakı səviyyədən də aşağı düşüb.

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur.

Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.