Valyuta hərracında tələb 40% azalıb

13:51 - 1.02.2022


1 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, fevralın 1-də baş tutan valyuta hərracında $50,8 mln satılıb ki, bu da ötən hərracda olduğundan $33,4 mln (39,67%) azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $50,8 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

2022-ci ilin yanvar ayında valyuta hərraclarında $726,9 mln satılıb ki, bu da 2021-ci ilin eyni ayında olduğundan 12,75% çoxdur.