Rabitəbank səhmdarları toplaşır - Hansı məsələlər müzakirə olunacaq?

14:28 - 31.01.2022


31 yanvar, Fineko/abc.az. “Rabitəbank” ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, yığıncaq martın 15-də, saat 17:00-da Bankın Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Rabitəbank"ın 2021-ci il üzrə maliyyə hesabatlarının, Bankın Audit Komitəsinin hesabatının təsdiq edilməsi və təşkilati məsələlər daxildir.