15:19 - 25.01.2022
25 yanvar, Fineko/abc.az. "Turanbank"ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 29,6% və ya 163 milyon 225 min manat artaraq 714 milyon 961 min manat təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə Bankın 2021-ci ilin maliyyə göstəricilərində qeyd olunub.
Bank 2020-ci ilin sonunda 551 milyon 736 min manat cəmi aktivlərə malik idi.
"Turanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 24,2% və ya 85 milyon 206 min manat artaraq 436 milyon 445 min manat təşkil edib.
2020-ci ilin sonunda Bankın kredit portfeli 351 milyon 239 min manata çatmışdı.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026