10:22 - 25.01.2022
25 yanvar, Fineko/abc.az. ABŞ-ın aktivlərinə görə ən böyük bankı olan “JPMorgan” Rusiya rublundan tamamilə çıxıb.
ABC.AZ-ın xarici KİV-lərə istinadən məlumatına görə, 2,6 trilyon dollar müştəri pulunu idarə edən JPM, Ukrayna ilə sərhəddə Rusiya qüvvələrinin yığılması ilə əlaqədar gözlənilməz riskləri əsas gətirərək, yanvarın 24-ü bazar ertəsi günü Rusiya valyutasında qalan bütün mövqelərini bağlayıb.
Dollar 79 rubldan yuxarı qalxanda, avro isə az qala 90 həddini aşanda JP Morgan rublla investisiyalardan zərər etdiyini etiraf etmişdi: “Biz bütün qalan uzun rubl mövqelərimizi zərərlə bağlayırıq”.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026