17:23 - 24.01.2022
24 yanvar, Fineko/abc.az. 2021-ci ildə əhalinin xarici valyutada əmanətləri 8,7% - 3 milyard 789,3 milyon manatadək və ya bütün əmanətlərin 41%-i səviyyəsində azalıb (2020-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 50,8% təşkil edib).
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, rezidentlərin bank əmanətlərinin həcmi 8 milyard 940,1 milyon manat, qeyri-rezidentlərin – 301,4 milyon manat təşkil edir.
2021-ci ildə rezidentlərin əmanətlərinin həcmi 13,2%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 7,3% artıb.
2021-ci il dekabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 29 milyard 27,7 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 22,6% çoxdur.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026