Pandemiya başlayandan bu qədər məbləğ restrukturizasiya olunub

14:22 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. Pandemiya başlayandan bəri ümumilikdə 1,3 milyard manat məbləğində 57 mindən çox kredit restrukturizasiya olunub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunub.

Bildirilir ki, restrukturizasiya olunmuş kreditlərin məbləğ üzrə 87 %-i biznes, 9 %-i istehlak, 4 %-i ipoteka kreditlərinin payına düşüb.