Valyuta hərracında banklar tələbi 16% artırıblar

12:41 - 30.12.2021


30 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, dekabrın 30-da valyuta hərracında $140,3 mln satılıb ki, bu da ötən hərracda olduğundan $19,4 mln (16,05%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $140,3 mln.təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.