“PSG” şirkətlər qrupuna daxil olan BOKT-un nizamnamə kapitalı artırılıb

12:06 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. “PSG” şirkətlər qrupuna daxil olan kredit təşkilatın nizamnamə kapitalı 10 mln. manata çatdırılıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “PSG Finans Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 6,8 mln manatdan 10 mln manata çatdırılıb.

Bu da o deməkdir ki, BOKT-un nizamnamə kapitalı 3,2 mln manat, yaxud 47% artırılıb.

Bununla da, ölkədə ən böyük nizamnamə kapitalı ilə BOKT-lar içində ilk daxil olub.