Bankomat və POS-terminalların sayı artıb

16:21 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34.8 %-ni təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur.

Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 7.2%, POS-terminalların sayı 6.7% artıb.