Azərbaycanda bank kartları artıb - Hesabat

16:02 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Bank sistemi üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 185 min ədəd artaraq 10 milyon 858 min ədəd təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 17.7%, kredit kartları üzrə 27.3% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 130 min, kredit kartları 293 min, digər kartlar isə 1.2 mln. ədəd artn.