On bir ayda bank sektoruna kredit qoyuluşları bu qədər olub

15:41 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. 1 dekabr 2021-ci il tarixinə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 16 milyard 282 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, noyabrda kredit qoyuluşları 284,7 milyon manat artıb.

Müqayisə üçün qeyd edək ki, oktyabrda kredit qoyuluşları 331,9 milyon manat artmışdı.

Həmçinin 01 noyabr 2021-ci il tarixinə cəmi kredit qoyuluşları 15 milyard 997,3 milyon manat təşkil etmişdi.

2021-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) kredit qoyuluşları 1 milyard 977,3 milyon manat artıb.