15:29 - 21.12.2021
21 dekabr, Fineko/abc.az. Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 786,3 milyon manat təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bu Mərkəzi Bankın hesabatında əksini tapıb.
Hesabata əsasən, bu, noyabrın 1-i ilə müqayisədə 3,6% azdır.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 12%, son 1 ildə isə 14,8% azalıb.
Noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 4,7% təşkil edib.
Bu nisbət oktyabrın sonuna 5%, ötən ilin sonuna 6,1%, ötən noyabrın sonuna 6,3% olub.
Müəllif: Elmir Murad
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026