AMB valyuta hərracında banklara $102,4 mln. satıb

12:32 - 21.12.2021


21 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, dekabrın 21-də baş tutmuş valyuta hərracında $102,4 mln satılıb ki, bu da ötən hərracda olduğundan $0,4 mln (0,39%) azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $102,4 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.