Ötən 9 ayda Azərbaycandan kapitalın geri dönüşü artıb - Hesabat

12:19 - 9.12.2021


9 dekabr, Fineko/abc.az.  2021-ci ilin 9 ayında Azərbaycandan kapitalın repatriasiyası (geri dönüşü) 4 milyard 268.2 milyon dollar təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu 2021-ci ilin 9 ayın yekunları üzrə Azərbaycan Respublikasının tədiyə balansında öz əksini tapıb.

Qeyd edilib ki, Azərbaycandan kapitalın geri dönüşü ötən ilin eyni dövrü ilə müqayisədə 865,1 milyon dollar və ya 25,4% çox olub.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 9 ayında Azərbaycandan kapitalın repatriasiyası 3 milyard 403.1 milyon dollar təşkil etmişdi.