12:24 - 18.04.2018
18 aprel, Fineko/abc.az. İsveçrənin İqtisadi məsələlər naziri Yohan Şnayder-Amman
Bakıya gələcək.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən bildirildi ki, nazirin səfəri 2018-ci ilin iyun ayında baş tutacaq.
“Səfər çərçivəsində biznes forumun keçirilməsi nəzərdə tutulur. Nazir, Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı ilə tanış olacaq”, - məlumatda belə deyilir.