16:15 - 15.11.2021
15 noyabr, Fineko/abc.az "Ağdam Sənaye Parkı Qarabağın dirçəlməsində xüsusi rol oynayacaq. Parkın mobilizasiya işləri artıq yekunlaşdırılıb".
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Elşad Nuriyev Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda deyib.
Onun sözlərinə görə, Ağdama ilk su və elektrik xətləri Ağdam Sənaye Parkının hesabına çəkilib: "Orada artıq ilkin tikintiyə başlamaq üçün şərait mövcuddur. Parkda tikinti materiallarının istehsalı, qida məhsullarının emalı və digər sənaye sahələrinin formalaşdırılması mümkündür".
18 Avqust 2026