15:18 - 12.11.2021
12 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Hesablama Palatası Azərbaycan “Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində apardığı maliyyə hesabatlarının auditi zamanı bəzi pozuntular aşkarlayıb. ABC.AZ-ın məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, televiziya işçilərinin əməkhaqqı və qonorar sistemi ilə bağlı yol verilmiş bəzi pozuntuların dövlət büdcəsinə bərpası, ümumiyyətlə, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanmasını tövsiyə etmişik. "Bununla yanaşı, QSC-nin gəlirlərinin, xüsusən reklamdan əldə olunan gəlirlərin şəffaflaşması ilə bağlı tədbirlərin görülməsini də Kollegiya qərarında qeyd etmişik. Müvafiq vaxt verilib, bizdə olan məlumata görə, televiziya rəhbərliyi bu sahədə tədbir görülməsinə başlayıb”. Müəllif: Elmir Murad
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026