Azərbaycanda Su ilə bağlı strategiya hazırlanır - Açıqlama

16:45 - 11.11.2021


11 noyabr, Fineko/abc.az. Azərbaycanda Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya hazırlanır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, strategiya 18 illik müddəti əhatə edəcək. “Su sahəsində instisional dəyişikliklərə gedilməlidir. Suyun bir yiyəsi olmalıdır. Biz bununla bağlı təklif vermişik”, - deyə nazir müavini qeyd edib.