Gələn il müdafiə xərclərində 404 milyon manat artım nəzərdə tutulub - Nazir

12:17 - 11.11.2021


 11 noyabr, Fineko/abc.az Büdcədə prioritet istiqamətlərdən biri azad edilmiş ərazilərin bərpa və yenidən qurulmasıdır.

ABC.AZ xəbər verir ki, bunu  maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri deyib ki, bu gün qardaş Türkiyədə də Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin birinci ildönümü təntənəli şəkildə qeyd edir: “Xalqımız yeni dövrə qədəm qoyur. Biz məcburi köçkünlərin torpaqlarına qayıtması kimi şərəfli vəzifəni həyata keçirməliyik. Hərbi hissələrin yerləşdirilməsi büdcədə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu, gələn il büdcə xərclərinin 15 faizini, yəni 4 490 milyon manat təşkil edəcək. Ümumilikdə isə müdafiə xərclərində 404 milyon manat artım nəzərdə tutulub”.