3 noyabr, Fineko/abc.az. “Ethereum” kriptovalyutasının dəyəri kəskin bahalaşıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən elektron pul tarixdə ilk dəfə 4.5 min dolları keçib. Rəqəmsal valyuta son sutkada 3% bahalaşıb, kapitallaşması isə 529 milyard dollara çatıb. Qeyd edək ki, “Ethereum”-a tələbat da artmaqdadır. Ekspertlər bunu kriptonun populyarlaşması ilə əlaqələndirir.
Müəllif: Elmir Murad