Azərbaycanın dövlət büdcəsi kəsiri ölkənin ÜDM-ın 1,5%-i təşkil etdi

17:15 - 17.10.2017


Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, yanvar-sentyabr aylarının nəticələri üzrə ölkənin dövlət büdcəsinin kəsirinin həcmini açıqladı.

Komitənin xəbərində deyildiyi kimi, doqquz ay ərzində dövlət büdcəsinin kəsiri 738,6 milyon manat həcmində olmuşdur ki, bu da ölkənin ÜDM-ın 1,5%-i təşkil etdi.

“Hesabat dövrü ərzində ölkənin dövlət büdcəsinin gəlirləri 12045,1 manat, xərclər 12783,7 milyon manat təşkil etmişdir”, - deyə xəbərdə  bildirilir.