16:42 - 2.11.2021
2 noyabr, Fineko/abc.az. 2030-cu ilin yanvar ayında ilkin mərhələdə Basel III qaydalarının Avropa İttifaqı (Aİ) banklarının kapitalına orta təsiri təxminən iki dəfə azaldılacaq.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
Sənədə əsasən, təkliflər, 2032-ci ilin sonuna qədər əhəmiyyətli keçid kapitalı güzəştləri təklif etməklə, tətbiqin başlanmasını iki il 2025-ci ilin yanvarın 1-dək təxirə salmaqla məhdudiyyətlərin bankların daxili modellərinə təsirini azaldır. Təkliflər gələn il təsdiqlənərsə, yerli bankların yeni rejimə hazırlaşmaq üçün 10 illik “uçuş-enmə zolağı” olacaq.
Bu addım, bankların ilkin kapital təsirini idarə etmələrini asanlaşdırmalıdır. Bununla belə, 2032-ci ilin sonunda, yəni ilk mərhələnin bitməsindən təxminən 3 il sonra, müəyyən güzəştlərin sona çatması ilə Aİ bankları üçün potensial kapital təsiri artacaq.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026