14:05 - 2.11.2021
2 noyabr, Fineko/abc.az. 2021-ci ilin 10 ayında Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 13 milyard 39 milyon 909 min manat təşkil edib.
BFB-dən ABC.AZ-a daxil olan məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 28%, ipoteka istiqrazları istisna olmaqla digər korporativ qiymətli kağızların ticarət həcmində 269 %, repo əməliyyatları üzrə isə 245% artım qeydə alınıb. 2021-ci ilin oktyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 10% artaraq 4,259,211,229 manat təşkil edib.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026