Növbəti faiz qərarında uçot dərəcəsi qaldırıla bilər - Baş Bankir

11:43 - 29.10.2021


29 oktyabr, Fineko/abc.az. Artan inflyasiyanı nəzərə alaraq, növbəti faiz qərarında uçot dərəcəsinin qaldırılması istisna edilmir.

ABC.AZ xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Xatırladaq ki, bugünkü qərarda uçot dərəcəsi 6,5%-dən 7%-ə, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7%-dən 8%-ə yüksəldilib.