Mərkəzi Bankın uçot dərəcəsi dəyişildi

11:25 - 29.10.2021


29 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsi barədə yeni qərar qəbul edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, qərarla uçot dərəcəsi 0,5 faiz bənd artırılaraq 6,5%-dən 7%-ə çatdırılıb.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 7%-dən 8%-ə çatdırılıb.

Müəllif: Elmir Murad