Banklar Azərbaycanda valyuta hərracına olan tələbi artırıblar

12:36 - 28.10.2021


28 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, oktyabrın 28-də baş tutmuş valyuta hərracında banklara $87,8 mln satılıb ki, bu da ötən hərracda olduğundan $13 mln (17,38%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $87,8 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.