26 oktyabr, Fineko/abc.az. Rabitəbank daha rahat və sürətli ödənişlərin tətbiqinə başlayıb. Artıq Bankın Visa kartına
sahib müştəriləri alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi öz
smartfonları vasitəsilə həyata keçirə bilərlər. Bunun üçün Rabitəbank müştərisinə NFC
dəstəkləyən Android platformalı smartfon və Rabita Mobile-da qeydiyyatdan keçirilmiş hər
hansı Rabitəbank Visa kartı lazım olacaq. Ödəniş üçün Rabita Mobile tətbiqinə daxil olmağa
ehtiyac yoxdur, sadəcə smartfonun ekran kilidini açmaq və smartfonu POS-terminala
yaxınlaşdırmaq kifayətdir.
NFC texnologiyasının üstünlükləri nələrdir? Smartfon vasitəsilə ödənişlər sürətli və ani həyata
keçirilir, nəticədə kassada daha az vaxt sərf edilir. Pulqabında çoxlu kart saxlamağa və ödəniş
zamanı müvafiq kartı və ya nağd pul axtarmağa ehtiyac qalmır. Smartfon həmişə əl altında
olur. Bundan başqa NFC ödəniş üçün bir deyil, bir neçə Visa kartınızdan istifadə edə bilərsiniz.
Sadəcə tənzimləmələrdə NFC ödəniş üçün hansı kartın işlədilməsini seçmək lazımdır. Ödəniş
təmassız qaydada həyata keçirildiyindən xüsusən hələ də aktuallığını qoruyan pandemiya
şəraitində təhlükəsizlik qaydalarına riayət olunur.
Rabitəbank Visa kartınız olmasa belə, Rabita Mobile tətbiqini yükləyərək onlayn qaydada kart
sifariş edə bilərsiniz (hhtp://rbt.az/rbm). Bank sektorunda innovativ texnologiyaları tətbiq edən
aparıcı banklardan biri kimi Rabitəbankın yenilikləri bununla yekunlaşmır. Yaxın gələcəkdə yeni
rəqəmsal bank həlləri tətbiq edərək müştərilərini sevindirməyə davam edəcək.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73
ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133
nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.