16:53 - 22.10.2021
22 oktyabr, Fineko/abc.az. Qeyd etdiyimiz kimi “Bank BTB” 2021-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
Hesabata görə, «Bank BTB»nin aktivləri 2 faiz artaraq 363 milyon manata yüksəlib, bu dövrdə bankın kredit portfelində 40 milyon manata yaxın artım var – xalis kreditlər 209 milyondan 246 milyon manat yüksəlib.
Bankın mənfəətə çıxmasına əvvəllər eyhtiyat kimi ayrılan vəsaitin geri qaytarılması kömək edib. 1 milyon 111 min manat vəsaitin geri qaytarılması nəticəsində «Bank BTB» hesabat dövrünü 1 milyon 174 min manat xalis mənfəətlə başa vurub.
Bankın depozit portfeli isə fərqli dəyişib. Müştərilərin müddətli depozitləri – 97 milyondan 128 milyona yüksəldiyi halda, tələbli depozitlər – şirkətlərin pulları 42 milyon manatdan 16 milyon manata enib.
Bankın ümumi öhdəlikləri isə təqribən 6 milyon manat artaraq 308 milyon manata qalxıb.
Rübün yekunlarına görə, bank öz kapitalını bir qədər də artıraraq 54 milyon manatdan 55,7 milyon manata yüksəldib.
© Fed.az
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026