15:49 - 21.10.2021
21 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında “Turan Bank”ın aktivləri 671 milyon 282 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 22% çoxdur. Bunun 408 milyon 819 min manatı müştərilərə verilmiş kreditlərdir.
Son 9 ayda Bankın kredit portfeli 16.4% böyüyüb.
ABC.AZ Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 24% artaraq 584 milyon 725 min manata, o cümlədən depozit portfeli 29% arataraq 361 milyon 854 min manata, balans kapitalı isə 8% artaraq 86 milyon 557 min manata çatıb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026