10:01 - 11.10.2021
11 oktyabr, Fineko/abc.az. Oktyabrın 11-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,9% azalaraq 0,1897 manat təşkil edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu da yeni tarixi minimum sayılır.
Bundan əvvəl tarixi minimum cari ilin sentyabrın 30-da qeydə alınmışdı. 2006-cı ildə Azərbaycanda baş verən denominasiyasından sonra lirə ilk dəfədir sözügedən səviyyəyə enib.
əkcə son bir ayda lirə manata nisbətdə 5,7% dəyər itirib.
Qeyd edək ki, indiyədək (denominasiyadan sonra – red.) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat.
Son 10 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026