Azərbaycanın bu universitetində kriptovalyuta fənni tədris olunacaq

12:14 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Azərbaycanda ilk dəfə olaraq, kriptovalyuta mövzusunda fənn Azərbaycan Dövlət İqtisad Universitetnin (UNEC) tədris planına daxil edilib.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) ABC.AZ-a verilən məlumata görə, “Kriptovalyutalar və kiber risklər” adlı fənni UNEC Biznes Məktəbi, İqtisadiyyat və biznesin idarə edilməsi kafedrası tərəfindən 2021-ci il tədris ilində MBA (Master of Bussines of Administration) proqramı çərçivəsində tədris ediləcək.