Daha bir BOKT yaradıldı - Artıq qeydiyyatdan keçib

12:10 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, yeni kredit təşkilatı “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmilçisi isə Fuad Cəlil oğlu Muradovdur.