Dövlət qurumu audit seçib

11:25 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. Elektron Hökumətin İnkişafı Mərkəzi bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2020-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun auditinin həyata keçirilməsi xidməti” tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi “UHY Audit” MMC olub.

Elektron Hökumətin İnkişafı Mərkəzi qalibə 9 min 499 manat ödəyəcək.