12:21 - 24.09.2021
24 sentyabr, Fineko/abc.az. Azərbaycanda qızıl, gümüş və mis istehsalçısı "Anglo Asian Mining plc" 2021-ci ilin altı aylıq dövr üçün maliyyə nəticələrini açıqlayıb.
Şirkətin açıqlamasına istinadən xəbər verilir ki, 2021-ci ilin birinci yarısında 43,5 milyon dollar cəmi gəlir əldə edib (2020-ci ilin birinci yarısında: 45,8 milyon dollar). 2021-ci ilin birinci yarısında vergidən əvvəl mənfəət 5,9 milyon dollar təşkil edib (2020-ci ilin birinci yarısında: 11,8 milyon dollar). Mənfəətin azalmasına xərclərin artması, o cümlədən Azərbaycanda dizel yanacağının qiymətinin 2021-ci ilin yanvar ayında 33,3 % artması da səbəb olub.
Şirkət həmçinin səhmdarlarına bir səhmə 4,5 sent ABŞ dolları dividend elan edib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026