13:48 - 14.09.2021
14 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, sentyabrın 14-də keçirilən valyuta hərracında banklara $68,3 mln satılıb ki, bu da ötən hərracla müqayisədə 7 mln manat və ya 11,42% çoxdur ($61,3 mln).
"Valyuta hərracında banklar tərəfindən tələb $68,3 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.
Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026