Gəncə Körpü Tikini-2” dvidend böləcək - Səhmdarlar toplaşır

10:04 - 14.09.2021


14 sentyabr, Fineko/abc.az. Noyabrın 1-də “Gəncə Körpü Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. ABC.AZ xəbər verir ki, yığıncağın gündəliyinə cəmiyyətin Maliyyə-Təftiş Komissiyasının hesabatı, Cəmiyyətin idarə heyətinin hesabatı, 2019-2020-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirə olunması və illik hesabatın təsdiq edilməsi, Hüquqi ünvanın dəyişdirilməsi, Dividendlərin paylanması məsələləri daxildir.