Valyuta hərracında banklar 61,3 milyon dollar alıblar

12:36 - 9.09.2021


9 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 9-da baş tutmuş valyuta hərracında banklara $61,3 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $61,3 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.