10:31 - 9.09.2021
9 sentyabr, Fineko/abc.az. 2022-ci ilin dövlət büdcəsində Dövlət Vergi Xidməti üçün proqnoz tapşırığı 1 milyard 888 milyon manat artırılır.
ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında qeyd olunub.
Bildirilib ki, 2022-ci il dövlət büdcəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə 9 milyard 138 milyon manat gəlir proqnozlaşdırılır.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin təsdiq edilmiş dövlət büdcəsində Dövlət Vergi Xidməti üçün proqnoz tapşırıq 7 milyard 250 milyon manatdır. Beləliklə, vergi orqanı üçün plan 1 milyard 888 milyon manat artırılır.
Müəllif: Elmir Murad
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026