ABŞ şirkəti yapon şirkətini 2,7 milyard dollara satın alır

11:58 - 8.09.2021


8 sentyabr, Fineko/abc.az. Amerikan onlayn ödəniş, pul köçürmə şirkəti PayPal Asiya bazarında fəaliyyətini genişləndirir.

ABC.AZ xəbər verir ki, şirkət indi də Yaponiyada platforma satın almağa qərar verib.

Belə ki, şirkət “indi al, sonra ödə” prinsipi ilə işləyən ödəniş platforması Paidy-ni satın alacağını açıqlayıb.

Bu ilin son rübündə rəsmiləşəcək sövdələşmənin dəyəri 2,7 milyard dollardır.

Alqı-satqı baş tutduqdan sonra Paidy dünyanın üçüncü ən böyük elektron ticarət bazarı olan Yaponiyada öz adı və brendi ilə fəaliyyətini davam etdirəcək.