Bitcoin 11 faizdən çox ucuzlaşdı

10:52 - 8.09.2021


8 sentyabr, Fineko/abc.az. Bakı vaxtilə saat 09:15-də aparılan sessiyada Bitcoin 11,63% düşərək 46 min 413 dollara geriləyib.

ABC.AZ-ın məlumatına görə, sentyabrın 7-də Bitcoinin qiyməti düşümüş, daha sonra isə bir qədər yüksəlmişdi.

Müqayisə üçün qeyd edək ki, Bitcoinin qiyməti ötən həftələr 50 min dolları aşmışdı.

Müəllif: Elmir Murad