AMB valyuta hərracında banklara $67,9 mln. satıb

13:00 - 7.09.2021


7 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 7-də baş tutmuş valyuta hərracında banklara $67,9 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $67,9 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.