11:01 - 6.09.2021
6 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmalarının həcmi açıqlanıb.
ABC.AZ DGK-ya istinadən xəbər verir ki, sözügedən dövrdə büdcə daxilolamaları 2 810,1 milyon manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,2% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 17,7% artaraq 762,46 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,6 % artaraq 1 913,1 milyon manat, aksizlər üzrə daxilolmalar 18,3% artaraq 106,388 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 16,4 % artaraq 28,1 milyon manat olub.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026