15:10 - 3.09.2021
3 sentyabr, Fineko/abc.az. 2021-ci ilin iyulun 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,128 mlrd. avro təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə AYİB-dən bildirilib.
Bankdan bildirilib ki, bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (mayın 31-i) ilə müqayisədə 0,4% artıb.
Lakin aktiv layihələrin sayı 36-dan 35-ə enib. Qeyd olunub ki, portfelin 78%-ini (882 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 20%-ini (226 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 2%-ini (20 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir.
Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə iyun-iyul aylarında 2,3% artaraq 1,009 mlrd. avroya yüksəlib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026