Prezident Sumqayıta gedib - Bir sıra açılışlara qatılıb

14:09 - 3.09.2021


3 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışında iştirak edib.

Daha sonra Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub. İlham Əliyev açılışda iştirak edib.

Prezident Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbin binasının açılışında da iştirak edib.