11:29 - 3.09.2021
3 sentyabr, Fineko/abc.az. Türkiyə Statistika Komitəsi (TÜİK) avqust ayına dair inflyasiya məlumatlarını açıqlayıb.
ABC.AZ xəbər verir ki, avqust ayında inflyasiya Mərkəzi Bankın 19% olan pul siyasət faizini keçib.
Belə ki, avqustda Türkiyədə istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrü ilə müqayisədə 19,25% artıb.
Aylıq müqayisədə baxıldığında, iyul ayına nisbətdə avqust ayında istehlakçı qiymətlərində artım 1,12% təşkil edib.
İqtisadçıların proqnozu qiymətlərdə aylıq artımın 0,7%, illik artımın isə 18,7% olacağı istiqamətində idi. İyulda 17,22% olan illik baza inflyasiya 16,76%-ə geriləyib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026