15:03 - 2.09.2021
2 sentyabr, Fineko/abc.az. Zəmanət və subsidiya mexanizmi üzrə 2020-ci ilin 30 iyun tarixindən bu proqram qüvvəyə minib, həmin tarixdən 31 avqustadək kredit tələbi 362,6 mln. manat olan 1 648 müraciətlərə 211,4 mln. manat dövlət zəmanəti verilib.
ABC.AZ xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Osman Xaliyev mətbuat konfransında deyib.
O qeyd edib ki, eyni zamanda, 362,6 mln. manat kredit üzrə faiz xərclərinin yarısının subsidiyalaşdırılması dövlət tərəfindən həyata keçiriləcək.
"Mövcud kreditlərin faizlərinin subsidiyalaşdırılması məqsədi ilə SİF-də 30 iyun 2020-ci il tarixindən 31 avqust 2021-ci tarixinədək 5 836 müraciət daxil olub. Bu müraciətlərin 4 770-i müsbət dəyərləndirilib və onlar üzrə faiz xərclərinin subsidiyalaşdırılacağı hissə 60,5 mln. manat təşkil edir" deyə O.Xaliev deyib.
Müəllif: Elmir Murad
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026