Valyuta hərracında banklar 69,6 milyon dollar alıblar

12:33 - 2.09.2021


2 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında sentyabrın 2-də banklara $69,6 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $69,6 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.