Balaxanıda led lampaları istehsal olunacaq

16:25 - 27.08.2021


27 avgust, Fineko/abc.az. Balaxanı Sənaye Parkında sayca 23-cü rezident - "Zəfər işığı” MMC qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olmuş məlumata görə, "Zəfər işığı” MMC il ərzində 5,4 milyon ədəd led lampaların istehsalını nəzərdə tutur.

Layihənin ümumi investisiya dəyəri 1 milyon manata yaxındır. 1000 m2 istehsalat sahəsinə malik olan müəssisədə 20 daimi iş yeri yaradılacaq.