Prezident şəhid ailələrinin mənzil məsələsinə xərclənən vəsaitdən danışıb

17:07 - 26.08.2021


26 avgust, Fineko/abc.az. Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, şəhid ailələri və müharibə əlilləri üçün mənzil məsələləri öz həllini tapsın.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, növbəti müddət ərzində bu proqram tam icra olunacaq.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq göstərişlər verilib, gələn ilin büdcəsi formalaşdıqda, əlbəttə ki, bu məsələ öz həllini tapacaq. Onu da bildirməliyəm ki, dünən imzaladığım Sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, müvafiq Sərəncam imzalanıbdır. Vətən Müharibəsi Qəhrəmanı adı alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar” deyə Prezident qeyd edib.